Məhsullar

İş masası 1

250 ₼

İnteryerinizi fərqləndirən tək müasir dizayn deyil, həm də istifadə olunan mebellərin bir-birini tamamlamasıdır.

Yemək masası olmayan bir mətbəx, yaxud qonaq otağı təsəvvür edə bilirsiniz?

Biz də yox! O zaman düz ünvandasınız!

Çünki biz hazırladığımız yemək masaları yalnız işlək və rahatlığı ilə deyil, həm də estetik baxımdan xoşagələn üslub və daxili dizayna uyunluğu ilə fərqlənir.

 

Doğru modeli hazırlayarkən biz yalnız məhsulun ölçüsünü deyil, eyni zamanda məkandan faydalı şəkildə istifadə etməyə şərait yaradacaq imkanları da nəzərə alırıq. Çünki istifadədəki praktiklik, üslub dizaynı, yerdən qənaət və bir çox digər amillər modellərin düzgün seçilməsindən asılıdır.

Həmçinin xarici avadanlıqla təchiz olunan mexanizmalar sayəsində hazırladığımız transformer- masalar kiçik bir otaqda praktik istifadəsini təmin edir. Məhsul həm geniş bir yemək masasına, həm də bükülərək interyerinizi tamamlayan bir furnituraya çevrilə bilər. Lazım gələrsə, üzərinə bir çox şeylər düzə, bir noutbuk qura və həmçinin tumba əvəzi də istifadə edə bilərsiniz.

 

Mebellərdə keyfiyyətinə güvəndiyimiz, Türkiyə istehsalı olan “Ormo” və “Kastamonu” laminatları, “Çamsan” MDF, “AGT” MDF panel, İspaniya istehsalı olan “ALVİC” panelləri və “Ünlü” boyaları istifadə edilir. Eyni zamanda, sizin rahatlığınız və əldə etdiyiniz mebellərin funksionallığı üçün Avstriyanın “Blum”, Almaniyanın “Hafele” və “Hettich”, Polşanın “GTV”, Türkiyənin “Samet” şirkətləri ilə əməkdaşlıq edilərək, onların istifadə etdiyi müasir mexanizm və yüksək keyfiyyətə sahib texnologiyalardan istifadə olunmaqdadır.

Korpusların hazırlanmasında müştəri seçimindən asılı olaraq qurudulmuş fıstıq, qoz və ya görüş ağacından istifadə edilərək, təkrarolunmaz mebel kompozisiyaları yaratmağa üstünlük veririk!

 

Standart olmayan forması ilə xüsusi bir zövqün göstəricisi olan dəyirmi masalarımız isə interyerinizə fərqlilik və gözoxşayan bir üslub qatacaq. Onların üstünlüyü yalnız maraqlı bir dizaynda deyil, həm də təhlükəsizlikdədir, çünki kəskin künclər tamamilə istisna olunur, bu da kiçik uşaqların olduğu bir evdə xüsusilə vacibdir.

 

Eyni zamanda son dövrlərdə çox rast gəldiyimiz mərməri, metal, MDF və şüşədən hazırlanan masalar fərqli və modern dizayna ayaq uydurmaq üçün istifadə olunan populyar növlərdəndir. Bizim peşəkar komandımız həmin materiallardan orijinal və praktik şəkildə istifadə edərək sizin füsünkar zövqünüzü əks etdirəcək.

Masalarımızı fərqli tərzə, növə və ahəngdar rəng birləşməsinə uyğun olaraq dəst şəklində satın ala və ya ayrıca sifariş edə bilərsiniz.

 

 

Deko.az masalarının xüsusiyyətləri:

Zədələnmələrə və suya davamlı materiallardan hazırlanır;

Ən xırda detallarda belə interyerinizi tamamlayacaq dizaynlar xüsusi işlənir;

İstədiyiniz ölçüdə, növdə və materiallarda sifarişlə hazırlanır;

İstifadə olunan məhsullar Türkiyə və İspaniyadan özəl olaraq gətirilir;

Təkrarlanmaz və füsünkar obraz yaradır;  

Kateqoriyalar:
  • Kreslo
  • Paylaş

    Oxşar məhsullar