Məhsullar

Mehsul 1

190 ₼

Gecə yatmazdan öncə qəhvənizi və kitabınızı yanınıza qoymaq üçün yatağınızın yanında hökmən bir köməkçi vasitə olmalıdır.

Bu zaman Sizin köməyinizə isə peşəkar dizaynerlərimiz tərəfindən hazırlanmış, gözoxşayan, qüsursuz görünüşə sahib tumbalarımız çatacaq.

Tumbalar otaqda sadəcə içinə və ya üstünə əşya qoymaq üçün deyil, eyni zamanda interyerinizi tamalayacaq vacib bir mebel kimi də istifadə olunur. Məkandan daha rasional faydalanmaq üçün kiçik, lakin içi geniş tumbalardan istifadə edə və içinə paltar, kosmetik vasitələr, kitablar yerləşdirə bilərsiniz.

Siz Deko.az-a gələrək sadəcə standart dizaynda məhsullar deyil, həm də rəfləri olan, naxışlı qapılar ilə tamamlanan maraqlı tumbalar əldə edə bilərsiniz.

Tumbaların otağa uyğun dizayn və rəngdə hazırlanması ahəngdar atmosfer yaratmaq imkanını genişlədir.

Deko.az Sizin və ailənizin sağlamlığı üçün ən yüksək keyfiyyətli materiallardan istifadə edir. Tumbalar həm sizin, həm də uşaqların otağı üçün əvəz olunmaz yardımçı vasitəyə çevriləcəkdir.

Mebellərdə keyfiyyətinə güvəndiyimiz, Türkiyə istehsalı olan “Ormo” və “Kastamonu” laminatları, “Çamsan” MDF, “AGT” MDF panel, İspaniya istehsalı olan “ALVİC” panelləri və “Ünlü” boyaları istifadə edilir. Eyni zamanda, sizin rahatlığınız və əldə etdiyiniz mebellərin funksionallığı üçün Avstriyanın “Blum”, Almaniyanın “Hafele” və “Hettich”, Polşanın “GTV”, Türkiyənin “Samet” şirkətləri ilə əməkdaşlıq edilərək, onların istifadə etdiyi müasir mexanizm və yüksək keyfiyyətə sahib texnologiyalardan istifadə olunmaqdadır.

Korpusların hazırlanmasında müştəri seçimindən asılı olaraq qurudulmuş fıstıq, qoz və ya görüş ağacından istifadə edilərək, təkrarolunmaz mebel kompozisiyaları yaratmağa üstünlük veririk!

Sizin rəng, ölçü və dizayn istəkləriniz əsasında mütəxəssislərimiz tərəfindən sifarişlər hazırlanacaq və model versiyası Sizə təqdim olunacaqdır. Tumbaları digər əşyalarla dəst və ya tək şəkildə sifariş edə bilərsiniz.

Kateqoriyalar:
  • Vitrin
  • Paylaş

    Oxşar məhsullar