Məhsullar

Mehsul 3

190 ₼

Günümüzün böyük bir hissəsini işdə keçiririk. Artıq iş yerimiz ikinci evimizə çevrilib. Buna görə işlədiyimiz məkan rahat və yaxşı dizayn edilmiş olmalıdır.

Həm özünüz, həm də əməkdaşlarınız üçün mebellərin kifayət qədər sağlam,  gözoxşayan və keyfiyyətli materiallardan hazırlanması zəruridir. Eyni zamanda seçimlərin düzgün edilməməsi Sizi ziyarət edən müştəri və qonaqlarınız üçün də xoş olmaya bilər.

Rəng və dizayn seçimi müştərilər məkana girdikləri ilk andan etibarən önəmli əhəmiyyət kəsb edir. Çünki mağaza atmosferinin müştərinin alış-veriş xüsisiyyətlərinə birbaşa təsiri vardır. Buna görə interyer elə seçilməlidir ki, içəri daxil olan hər bir fərdə xoş təsir bağışlasın və məkanda vaxt keçirmə istəyini qüvvətləndirsin.

Deko.az-da mebellər tamamilə sizin seçimlər və zövqünüzə əsasən hazırlanır. Mebellərdə keyfiyyətinə güvəndiyimiz, Türkiyə istehsalı olan “Ormo” və “Kastamonu” laminatları, “Çamsan” MDF, “AGT” MDF panel, İspaniya istehsalı olan “ALVİC” panelləri və “Ünlü” boyaları istifadə edilir. Eyni zamanda, sizin rahatlığınız və əldə etdiyiniz mebellərin funksionallığı üçün Avstriyanın “Blum”, Almaniyanın “Hafele” və “Hettich”, Polşanın “GTV”, Türkiyənin “Samet” şirkətləri ilə əməkdaşlıq edilərək, onların istifadə etdiyi müasir mexanizm və yüksək keyfiyyətə sahib texnologiyalardan istifadə olunmaqdadır.

Korpusların hazırlanmasında müştəri seçimindən asılı olaraq qurudulmuş fıstıq, qoz və ya görüş ağacından istifadə edilərək, təkrarolunmaz mebel kompozisiyaları yaratmağa üstünlük veririk!

Deko.az-da süngərlər digərlərindən fərqli olaraq ən yüksək keyfiyyətə malik olan Pena poliuretan materialdan hazırlanır.

 

Əgər bu mövzularda bir o qədər təcrübəyə malik deyilsinizsə, narahat olmayın. Peşəkar komandamız Sizə ən xırda nüanslarda belə kömək edəcəkdir.

Deko.az, ofis mebelləri, kreslolar, rəflər, qarderoblar, iclas masaları, stendlər, gözləmə modulları və eyni zamanda mağazanızın modern və lüks görünüşünü təmin etmək üçün daha bir çox məhsullar ilə qarşınızdadır!

 

Deko.Az:

İstənilən vaxt, istənilən dizayn və ölçüdə məhsullar təqdim edir;

·        Hazırlanan mebellər davamlılığı və keyfiyyəti ilə fərqlənir;

Xüsusi rəng və ölçüdə mebel sifariş etmək istəyirsinizsə Sizə fərdi təkliflər hazırlayır.

Sizə qalan sadəcə mağaza və ya ofis mebellərinizi hansı ölçüdə, hansı dizayn və rəngdə xəyal etdiyinizi bizə ifadə etməkdir. Daha sonra biz məkanın ölçülərinə uyğun fərqli dizaynı Sizə təqdim edirik!

Sizi əmin edirik ki, istədiyiniz keyfiyyət, funksionallıq, çeşid bolluğu, dizayn həlləri, yüksək xidmət səviyyəsi və ekoloji cəhətdən təmiz məhsullar axtraşındasınızsa bizim ünvan seçəcəyiniz ən doğru məkandır!

Kateqoriyalar:
  • Banketka
  • Paylaş

    Oxşar məhsullar