Məhsullar

Nelson

720 ₼

Heç bir qonaq otağını divansız təsəvvür etmək mümkün deyil. Divanlar ailənizi təmsil edən əşyalardan biridir. Gəlin, divanların üslübundan rənginə, ölçüsündən dizyanına qədər hər şeyə kiçik bir nəzər salaq.

İşdən yorğun gəlib yeməyinizi yedikdən sonra bir fincan çay və ya kofe ilə dincəlmək istədiyiniz ilk yer divandır. Buna görə də seçiminiz həm zövqünüzə uyğun, həm də maksimum dərəcədə rahat olmalıdır.

Divanın üzlük və astarının təmiz olması vacibdir. Bunu nəzərə alaraq biz divanları rahatlıqla təmizlənə bilən və keyfiyyətli parçalardan hazırlayırıq.

Divanı yerləşdirdiyiniz məkan kiçik və ya böyük ola bilər. Deko.az sizə otaq ölçülərinə uyğun olan, fərqli dizayn, rəng və ölçüdə təkliflər təqdim edir.

Cazibədar məkan əldə etmək üçün yumşaq detallar və kreativ qollar otağa xüsusi maraq qatacaqdır.

Divan tez-tez alınan furnitura deyil. Bəlkə də 7 ildə bir dəfə. Beləliklə birini seçdiyiniz zaman həqiqətən istədiyiniz rəng və dizaynda olmalıdır. Divanları daha da cazibədar etmək üçün müxtəlif rəng çalarlarından, toxumalardan və naxışlardan istifadə edə bilərsiniz.

Sizin rahatlığınız və əldə etdiyiniz mebellərin funksionallığı üçün Avstriyanın “Blum”, Almaniyanın “Hafele” və “Hettich”, Polşanın “GTV”, Türkiyənin “Samet” şirkətləri ilə əməkdaşlıq edilərək, onların istifadə etdiyi müasir mexanizm və yüksək keyfiyyətə sahib texnologiyalardan istifadə olunmaqdadır.

Korpusların hazırlanmasında müştəri seçimindən asılı olaraq qurudulmuş fıstıq, qoz və ya görüş ağacından istifadə edilərək, təkrarolunmaz mebel kompozisiyaları yaratmağa üstünlük veririk!

Kateqoriyalar:
  • High Tech
  • Paylaş

    Oxşar məhsullar